Tokio-2020-də 8-ci gün geridə qalmaq üzrədi. Artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Matc.az xəbər verir ki, medal sıralamasının ən üst sıralarında ciddi dəyişiklik baş verməyib. 
 
Aktivində 21 qızıl, 13 gümüş və 12 bürünc medal olan çin liderliyini davam etdirir. Yaponiya (17 qızıl, 5 gümüş, 8 bürünc) ikinci, ABŞ (16 qızıl, 17 gümüş, 13 bürünc) isə üçüncü sıradakı yerini qoruyub.
 
Olimpiadanın 7-ci günündə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) bürünc medal qazanmışdı. Azərbaycan hazırda medal sıralamasında Argentina, Kot-d'İvuar, Finlandiya, Küveyt və Portuqaliya ilə birlikdə 67-72-ci yerləri bölüşür.
 
1. çin - 21 qızıl, 13 gümüş, 12 bürünc (46)
 
2. Yaponiya - 17 qızıl, 5 gümüş, 8 bürünc (30)
 
3. ABŞ - 16 qızıl, 17 gümüş, 13 bürünc (46)
 
4. ROK (Rusiya Olimpiya Komitəsi) - 11 qızıl, 15 gümüş, 11 bürünc (37)
 
5. Avstraliya - 10 qızıl, 3 gümüş, 14 bürünc (27)
 
6. Böyük Britaniya - 8 qızıl, 9 gümüş, 11 bürünc (28)
 
7. Cənubi Koreya - 5 qızıl, 4 gümüş, 7 bürünc (16)
 
8. Fransa - 4 qızıl, 9 gümüş, 6 bürünc (19)
 
9. Niderland - 4 qızıl, 7 gümüş, 5 bürünc (16) 
 
10. Yeni Zelandiya - 4 qızıl, 3 gümüş, 3 bürünc (10)
 
---
 
67-72. Azərbaycan - 1 bürünc (1)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest