Tokio Yay Olimpiya Oyunlarında qadın tennisçilərin mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, final matçında Belinda Bençiç (İsveçrə) və Marketa Vondrouşova (Çexiya) qarşılaşıblar. İlk seti Marketanı bir breyk qabaqlayan Bençiç aktivinə yazdırıb. İkinci setin bir və beşinci qeymlərində rəqibinin servisindən xal çıxaran Vondrouşova hesaba tarazlıq gətirib. Üçüncü setin səkkizinci qeymi həlledici olub. Breyk edərək üstünlüyü ələ alan Bençiç yekunda 2 saat 30 dəqiqə davam edən oyundan qalib ayrılmağı bacarıb. Beləliklə, 24 yaşlı tennisçi İsveçrəyə qızıl medal qazandırıb.
 
Tokio-2020
Tennis
Qadınlar, final
 
Belinda Bençiç (İsveçrə) - Marketa Vondrouşova (Çexiya) - 2:1 (7:5, 2:6, 6:3)
 
Qeyd edək ki, bu, İsveçrənin Tokio-2020-də qazandığı üçüncü qızıl medaldı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest