Tokio Yay Olimpiya Oyunlarında üzgüçülükdə daha beş dəst medal sahiblərini tapıb. Matc.az xəbər verir ki, kişilərin sərbəst üsulla 50 m məsafəyə üzmə yarışında Keyleb Dressel (ABŞ) Olimpiya rekordu qıraraq (21.07) qalib olub. Bu, amerikalı üzgüçünün Tokio-2020-də fərdi növlərdə qazandığı üçüncü qızıl medaldı. Dressel daha öncə 100 m sərbəstdə Olimpiya rekordunu, 100 m batterflayda isə dünya rekordunu yeniləmişdi.

Kişilərin sərbəst üsulla 1500 m məsafəyə üzmə yarışının qalibi adını Robert Finke (ABŞ) qazanıb. 4x100 m qarışıq estafetdə də zəfər ABŞ-ın olub. Rayan Mörfi, Maykl Endryu, Keyleb Dressel və Zakari Eppldan ibarət komanda 3 dəqiqə 26.78 saniyəlik göstərici ilə dünya rekordunu qırıb.

Qadınların sərbəst üsulla 50 m məsafəyə üzmə yarışında Emma Makkeon yeni Olimpiya rekordu müəyyənləşdirərək (23.81) çempion olub. Bu, avstraliyalı üzgüçünün Tokio-2020-də toplamda qazandığı dördüncü qızıl medaldı. Qadınların 4x100 m qarışıq estafetində də sevinən tərəf Avstraliya olub. Keyli Makkioun, çelsi Hodcs, Emma Makkeon, Keyt Kempbelldən təşkil olunmuş komanda məsafəni 3 dəqiqə 51.60 saniyəyə üzərək Olimpiya rekordunu təzələyib.

Tokio-2020

üzgüçülük

Kişilər, 50 m, sərbəst

 

1. Keyleb Dressel (ABŞ) - 21.07 (Olimpiya rekordu)

2. Floran Manodu (Fransa) - 21.55

3. Bruno Fratus (Braziliya) - 21.57

 

Kişilər, 1500 m, sərbəst

1. Robert Finke (ABŞ) - 14:39.65

2. Mixaylo Romançuk (Ukrayna) - 14:40.66

3. Florian Vellbrok (Almaniya) - 14:40.91

 

Kişilər, 4x100 m, qarışıq estafet

1. ABŞ - 3:26.78 (dünya rekordu)

2. Böyük Britaniya - 3:27.51 (Avropa rekordu)

3. İtaliya - 3:29.17

 

Qadınlar, 50 m, sərbəst

1. Emma Makkeon (Avstraliya) - 23.81 (Olimpiya rekordu)

2. Sara Şöström (İsveç) - 24.07

3. Pernille Blume (Danimarka) - 24.21

 

Qadınlar, 4x100 m, qarışıq estafet

1. Avstraliya - 3:51.60 (Olimpiya rekordu)

2. ABŞ - 3:51.73

3. Kanada - 3:52.60

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest