Amerikalı atleti finalda Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cennifer Qədirova əvəzləyəcək. Cennifer rezerv siyahıda nəticəsinə görə birinci olduğu üçün bu haqqı qazanıb.

Simon Baylz daha bir yarışda iştirakdan imtina edib. Matc.az xəbər verir ki, Baylz xalça üzərində hərəkətlərin finalında çıxış etməyəcəyinə dair qərar verib. Amerikalı atleti finalda Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cennifer Qədirova əvəzləyəcək. Cennifer rezerv siyahıda nəticəsinə görə birinci olduğu üçün bu haqqı qazanıb. Xalça üzərində hərəkətlərin finalında Cenniferin bacısı Cessika daha öncə vəsiqə qazanmışdı. 

Xalça üzərində hərəkətlərin finalı avqustun 2-də keçiriləcək.

Qeyd edək ki, Simon Baylz mental problemlərini əsas gətirərək daha öncə çoxnövçülük üzrə komanda yarışlarını yarımçıq dayandırmış, o cümlədən fərdi çoxnövçülük, müxtəlif hündürlüklü qollar və dayaqlı tullanmada finallardan imtina etmişdi. Onun gimnastika tirində yarışıb-yarışmayacağı hələlik bəlli deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest