Tokio Yay Olimpiya Oyunlarında tennis yarışlarında qadın cütlərin mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, finalda Barbora Kreyçikova və Katerina Sinyakovadan ibarət çexiya və Belinda Bençiçlə Viktoriya Qolubiçdən təşkil olunmuş İsveçrə komandaları qarşılaşıblar. Gözlənildiyi kimi görüş çexlərin üstünlüyü şəraitində keçib. Nəticədə Kreyçikova-Sinyakova cütü 87 dəqiqə davam edən oyundan 2:0 (7:5, 6:1) hesabı ilə qalib ayrılaraq çexiyaya növbəti qızıl medalı qazandırıb.
 
Bu, çexiyanın Tokio-2020-də dördüncü qızıl medalıdı. Qeyd edək ki, dünən çex tennisçi Marketa Vondrouşova fərdlərin mübarizəsində gümüş medala sahib çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest