01 Avqust 2021, 15:53
DİGƏR
Tokio Yay Olimpiya Oyunlarında kişi tennisçilərin fərdi mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, final görüşündə Aleksandr Zverev (Almaniya) və Karen Xaçanov (Rusiya) üz-üzə gəliblər. Oyun alman tennisçinin üstünlüyü şəraitində keçib. Nəticədə Xaçanova toplam cəmi dörd qeym verən Zverev 2:0 hesabı ilə qələbə qazanaraq Olimpiya çempionu olub.
Tokio-2020
Tennis
Kişilər, final
Aleksandr Zverev (Almaniya) - Karen Xaçanov (Rusiya) - 2:0 (6:3, 6:1)
Qeyd edək ki, bu, Almaniyanın Tokio-2020-də qazandığı dördüncü qızıl medaldı.