Tokio-2020-də 9-cu gün geridə qalmaq üzrədi. Artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Matc.az xəbər verir ki, medal sıralamasının lideri dəyişməyib.
 
Aktivində 24 qızıl, 14 gümüş və 13 bürünc medal olan çin birincidi. Yaponiya və ABŞ isə yerlərini dəyişiblər. ABŞ (20 qızıl, 23 gümüş, 16 bürünc) Yaponiyanı (17 qızıl, 5 gümüş, 9 bürünc) qabaqlayaraq ikinci sıraya yüksəlib.
 
Olimpiadanın 9-cı günündə boksçumuz Alfonso Dominqes bürünc medal qazandı. Daha öncə cüdodakı təmsilçimiz İrina Kindzerska da bürünc medala sahib çıxmışdı. Aktivində iki bürünc olan Azərbaycan hazırda medal sıralamasında Misir ilə birlikdə 70-71-ci yerləri bölüşür. 
1. çin - 24 qızıl, 14 gümüş, 13 bürünc (51)
 
2. ABŞ - 20 qızıl, 23 gümüş, 16 bürünc (59)
 
3. Yaponiya - 17 qızıl, 5 gümüş, 9 bürünc (31)
 
4. Avstraliya - 14 qızıl, 3 gümüş, 14 bürünc (31)
 
5. ROK (Rusiya Olimpiya Komitəsi) - 12 qızıl, 19 gümüş, 13 bürünc (44)
 
6. Böyük Britaniya - 10 qızıl, 10 gümüş, 12 bürünc (32)
 
7. Fransa - 5 qızıl, 10 gümüş, 6 bürünc (21) 
 
8. Cənubi Koreya - 5 qızıl, 4 gümüş, 8 bürünc (17)
 
9. İtaliya - 4 qızıl, 8 gümüş, 15 bürünc (27)
 
10. Niderland - 4 qızıl, 7 gümüş, 6 bürünc (17) 
 
---
 
70-71. Azərbaycan - 2 bürünc (2)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest