Simon Baylz Tokio Yay Olimpiya Oyunlarında gimnastika tiri üzərindəki hərəkətlərin finalında yarışıb-yarışmayacağı ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Baylz gimnastik tiri üzrə finalda iştirak edəcək. Bu barədə məlumatı ABŞ Gimnastika Federasiyası təsdiqləyib. Sözügedən növdə final etapı sabah keçiriləcək.
 
Daha öncə amerikalı atlet mental problemlərini əsas gətirərək çoxnövçülük üzrə komanda yarışlarını yarımçıq dayandırmış, o cümlədən fərdi çoxnövçülük, müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma və xalça üzərindəki hərəkətlərdə finallardan imtina etmişdi.
 
Qeyd edək ki, Baylz gimnastika tirində Rio-2016-da bürünc medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest