Yunanıstanın "Olimpiakos" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Pirey təmsilçisi "Monako"dan Henri Onyekurunu transfer edib.
 
Nigeriyalı hücumçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. "Olimpiakos" 24 yaşlı futbolçu üçün 5 milyon avro ödəyəcək.
 
Onyekuru ötən mövsümü icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda keçirib. Nigeriyalı futbolçu bu komandada 71 oyun keçirib, 22 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest