ABŞ idmançısı Ceyd Keri (14.366) bu növdə qızıl medalın sahibi olub. İtaliyalı gimnast Vanessa Ferrari (14.200) ikinci, Yaponiya təmsilçisi Mai Murakami (14.166) isə üçüncü nəticə göstərərək medalçılar sırasına düşüblər.

Tokio Yay Olimpiya Oyunlarında idman gimnastika üzrə yarışlar davam edir. Matc.az xəbər verir ki, qadın gimnastların mübarizəsində xalça üzərində sərbəst hərəkətlərdə medalçılar müəyyənləşib. Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnastlardan Cessika Qədirova 14.000 xal (çətinlik - 5.600, icra - 8.400) toplayaraq 6-cı olub. Cessikanın əkiz bacısı Cennifer isə 13.233 xalla (çətinlik - 5.100, icra - 8.133) 7-ci sırada qərarlaşıb.
 
ABŞ idmançısı Ceyd Keri (14.366) bu növdə qızıl medalın sahibi olub. İtaliyalı gimnast Vanessa Ferrari (14.200) ikinci, Yaponiya təmsilçisi Mai Murakami (14.166) isə üçüncü nəticə göstərərək medalçılar sırasına düşüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest