Akjol Mahmudov yarımfinalda Karapet Çalyanla (Ermənistan) qarşılaşıb. Akjol erməni rəqibinə xal hesabında qalib gələrək (6:2) finala yüksəlib. Beləliklə, Rafiq Hüseynov üçün bürünc medal qazanmaq şansı ortaya çıxıb.

Tokio Yay Olimpiya Oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycanı Yunan-Roma güləşində təmsil edən Rafiq Hüseynov 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) uduzmuşdu. Hüseynovun medalçılar sırasına düşmə ehtimalının yaranması üçün qırğızıstanlı güləşçi finala çıxmalı idi.

Akjol Mahmudov yarımfinalda Karapet çalyanla (Ermənistan) qarşılaşıb. Akjol erməni rəqibinə xal hesabında qalib gələrək (6:2) finala yüksəlib. Beləliklə, Rafiq Hüseynov üçün bürünc medal qazanmaq şansı ortaya çıxıb.

Qeyd edək ki, 77 kq çəki dərəcəsində təsəlliverici görüşlər sabah keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest