"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabahkı oyuna hazırıq. Finlandiya komandası fiziki baxımdan bizdən yaxşı ola bilər. Amma biz öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest