Futbol üzrə Polşa çempionatında 2-ci turun oyunları keçirilib.  Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plok) növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Qdansk "Lexiya"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.
 
"Visla" 2 turdan sonra hələ xal toplaya bilməyib və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest