Kristina Timanovskayanı Olimpiadada iştirak etmək üçün yollandığı Tokiodan zorla qaçırmağa çalışıblar. Matc.az xəbər verir ki, bu barədə Belarus İdman Həmrəyliyi Fondu məlumat yayıb.

Belarus istiqamətində uçmalı olan təyyarə sonda Tokionu Kristinasız tərk edib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) atletin hazırda təhlükəsiz şəraitdə olduğunu bildirib. Timanovskaya bir gün əvvəlcədən yardım üçün polisə müraciət edib və gecəni Tokio hava limanındakı hoteldə keçirib.

Kristina Belarus hökumətinə qarşı ifadələr səsləndirdiyi üçün təqiblərə məruz qalır. 24 yaşlı idmançının digər ölkələrdən sığınacaq istədiyi bildirilir. Timanovskayanın artıq Polşadan humanitar viza aldığına dair məlumatlar var.

Qeyd edək ki, Timanovskaya Tokio-2020-də qadınların 100 metr məsafəyə qaçma yarışlarında iştirak etmiş və finala qala bilməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest