Günün ilk matçında Meksika və Braziliya komandaları qarşılaşıblar. 90 dəqiqə ərzində hesab açılmayıb. Əlavə vaxtda da "səssizlik" pozulmayıb. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Braziliya finala yüksəlib.

Tokio-2020-də kişi futbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinə yekun vurulub.
 
Günün ilk matçında Meksika və Braziliya komandaları qarşılaşıblar. 90 dəqiqə ərzində hesab açılmayıb. Əlavə vaxtda da "səssizlik" pozulmayıb. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Braziliya finala yüksəlib.
 
Braziliyanın finaldakı rəqibi İspaniya olacaq. "Matadorlar" Yaponiya ilə qarşılaşıb. Bu oyunun da əsas vaxtında qol vurulmayıb. Amma Meksika - Braziliya matçından fərqli olaraq, bu səfər penaltilərə ehtiyac qalmayıb. 115-ci dəqiqədə Marko Asensio fərqlənərək İspaniyaya qələbə qazandırıb.
 
Tokio-2020
Futbol (kişilər), yarımfinal
 
Meksika - Braziliya 0:0, penaltilər seriyası - 1:4
 
Yaponiya - İspaniya 0:1 (əlavə vaxt)
Qol: Asensio (115)
 
Braziliya və İspaniya arasındakı final matçı avqustun 7-də oynanılacaq. Yaponiya ilə Meksika isə avqustun 6-da bürünc medalçının kimliyinə aydınlıq gətirməyə çalışacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest