İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi "Cenoa"dan Eldor Şomurodovu transfer edib.
 
Bu barədə "canavarlar"ın rəsmi saytı məlumat yayıb. özbəkistandan olan 26 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Futbolçunun yeni komandasında "14 nömrə"li formanı geyinəcəyi bildirilir.
 
Qeyd edək ki, Şomurodov "Cenoa"ya ötən mövösümün əvvəlində transfer olunmuşdu. özbək hücumçu daha öncə "Rostov", "Bunyodkor" və "Maşal Mubarek" klublarında da forma geyinib. Eldor 2015-ci ildən özbəkistan yığmasının da formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest