AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
 
Matc.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Qazaxıstanın "Tobol" və Slovakiyanın "Jilina" komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.
 
Qeyd edək ki, bu qarşılaşma avqustun 5-də "Astana Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest