Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir. Matc.az xəbər verir ki, kişilərin 400 m məsafəyə maneələrlə qaçışında medalçılar müəyyənləşib. Məsafəni 45.94 saniyəyə tamamlayan Karsten Varholm (Norveç) qızıl medal qazanmaqla yanaşı, yeni dünya rekordu müəyyənləşdirib. ABŞ idmançısı Rey Bencamin (46.17) ikinci olub. Braziliyalı Alison dos Santos (46.72) isə bürünc medala sahib çıxıb.
 
Qeyd edək ki, daha öncə də dünya rekordu Varholma məxsus idi. 25 yaşlı atlet iyul ayında Osloda 46.70 saniyəlik göstəricisi ilə rekord qırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest