İngiltərənin "Brayton" klubu müdafiəçisi Adam Uebsterlə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitəcəkdi.
 
Uebster 2019-cu ildən "Brayton"un uğurları üçün çalışır. O, ötən mövsüm bu komandanın heyətində 31 matça çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest