21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək. Matç.az xəbər verir ki, serbiyalı baş məşqçi Milan Obradoviçin yetirmələri Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunan ənənəvi turnirdə qüvvəsini sınayacaq.

Turnir mayın 25-30-da baş tutacaq. Əfsanəvi mütəxəssisin xatirəsinə həsr olunan turnirə yığmamız və meydan sahiblərindən başqa Kiprlə İsrail də qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest