Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışları davam edir. Matc.az xəbər verir ki, paralel qollar üzrə kişilərin finalına yekun vurulub. Türkiyə gimnastı Ferhat Arıcan 15.633 xal toplayaraq bürünc medal qazanıb. Bu, qardaş ölkənin Olimpiadalar tarixində idman gimnastikasında qazandığı ilk medaldı. Beləliklə, Türkiyə Tokio-2020-dəki medallarının sayını 6-ya (1 qızıl, 5 bürünc) çatdırıb.
 
Qeyd edək ki, paralel qollarda çempion çin idmançısı Tszou Tszinyuan (16.233) olub. Lukas Dauzer (15.700) isə gümüş medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest