"Avrokuboklarda favoritlər yalnız kağız üzərində olur. "Qarabağ"ı çox yaxşı tanıyırıq. Yaxşı nəticə üçün özümüzü göstərməliyik"

Kiprin AEL(Limassol) komandasının baş məşqçisi Duşan Kerkez Avropa Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə danışıb. Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis, Ağdam təmsilçisini mübarizədən kənarlaşdırmaq haqda düşündüklərini söyləyib:
 
"Bizim üçün sıradan çıxan futbolçuların düşərgəyə dönməsi önəmlidir. Futbolçularıma çox güvənirəm. Növbəti mərhələyə adlamaq istəyirik. "Qarabağ"la ilk görüş bizim üçün çox vacibdir. "Vlajniya" ilə görüşlərdə biz yaxşı oyun göstərmişdik. Hətta daha yaxşı oynaya bilərdik. Ancaq toplanışdan sonra ilk oyunlarımız olduğunu nəzərə alsaq, hər şeyin yaxşı olduğunu düşünmək olar. İndi yalnız qarşıdakı oyun barədə düşünürəm.
 
"Vlajniya"ya qarşı oynayan bütün futbolçular da hazırdır. Avrokuboklarda favoritlər yalnız kağız üzərində olur. "Qarabağ"ı çox yaxşı tanıyırıq. Yaxşı nəticə üçün özümüzü göstərməliyik. Bütün gücümüzü meydanda qoysaq, "Qarabağ" səddini keçə bilərik".
 
"Qarabağ" AEL-lə ilk oyunu avqustun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest