Birinci divizionda çıxış edən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi son olaraq "Zaqatala"da çıxış edən hücumçu Bəhruz Teymurovu heyətinə qatıb. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Teymurovla 1 illik müqavilə imzalanıb.
 
Bəhruz Teymurov ötən mövsüm "Zaqatala"nın heyətində Birinci divizionda 14 qol vuraraq, bombardirlər sırasında 2-ci pillədə qərarlaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest