Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qadınların 200 m və 800 m məsafəyə qaçış yarışlarında medalçılar müəyyənləşib. Eleyn Tompson 200 m məsafəni 21.53 saniyəyə qaçaraq qızıl medal qazanıb. Yamaykalı atlet daha öncə 100 m yarışında qalib olmuşdu. Tompson bənzər uğuru Rio-2016-da da təkrarlamışdı. Onun aktivində artıq 4 Olimpiya qızılı var. Namibiyadan Kristin Mboma (21.81) gümü, ABŞ təmsilçisi Qabriel Tomas (21.87) isə bürünc medala sahib çıxıb.
 
Qadınların 800 m məsafəyə qaçışında zəfər amerikalı Atinq Munun (1:55.21) olub. Kili Hocinson (Böyük Britaniya) gümüş medal qazanıb. Atinq Munun həmyerlisi Reyvin Rovers isə bürünclə kifayətlənib.
 
Tokio-2020
Yüngül atletika
Qaçış
 
Qadınlar, 200 m, final
 
1. Eleyn Tompson (Yamayka) - 21.53
2. Kristin Mboma (Namibiya) - 21.81
3. Qabriel Tomas (ABŞ) - 21.87
 
Qadınlar, 800 m, final
 
1. Atinq Mu (ABŞ) - 1:55.21
2. Kili Hocinson (Böyük Britaniya) - 1:55.88
3. Reyvin Rocers (ABŞ) - 1:56.81

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest