Tokio Yay Olimpiya Oyunlarının yüngül atletika yarışları davam edir. Matc.az xəbər verir ki, şüvüllə tullanmada kişilərin mübarizəsinə yekun vurulub. 
 
Gözlənildiyi kimi, Arman Düplantis (İsveç) qızıl medal qazanıb. İsveçli atlet 6.02 m hündürlüyündəki hədəfin öhdəsindən gələrək, Olimpiya çempionu adını qazanıb. Bu, Düplantisin ilk Olimpiada medalıdı. O, son cəhdində özünə aid dünya rekordunu (6.18 m) yeniləmək üçün 6.19 m-lik hündürlüyün öhdəsindən gəlməyə çalışsa da, səyləri nəticəsiz qalıb. 
 
Kristofer Nilsen (ABŞ) gümüş medal qazanıb. Şüvüllə tullanmada Olimpiya rekordunun (6.03 m) sahibi Tiaqo Bras (Braziliya) isə bürünc medalla kifayətlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest