Tokio-2020-də 11-ci gün geridə qalmaq üzrədi. Matc.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb. 
 
Medal sıralamasının lideri dəyişməyib. Aktivində 32 qızıl, 21 gümüş və 16 bürünc medal olan çin birincidi. ABŞ (24 qızıl, 27 gümüş, 21 bürünc) ikinci, Yaponiya (19 qızıl, 6 gümüş, 11 bürünc) isə üçüncü sırada qərarlaşıb. 
 
Bu gün yunan-Roma güləşçimiz Rafiq Hüseynov bürünc medal qazanıb. Beləliklə, Azərbaycanın toplam medal sayı 3-ə çatıb. Daha öncə cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominqes bürünc medal qazanmışdılar. Azərbaycan hazırda medal sıralamasında Qazaxıstan və Meksika ilə birlikdə 75-77-ci yerləri bölüşür. 
 
1. çin - 32 qızıl, 21 gümüş, 16 bürünc (69) 
2. ABŞ - 24 qızıl, 27 gümüş, 21 bürünc (72) 
3. Yaponiya - 19 qızıl, 6 gümüş, 11 bürünc (36) 
4. Avstraliya - 14 qızıl, 4 gümüş, 15 bürünc (33) 
5. ROK (Rusiya Olimpiya Komitəsi) - 13 qızıl, 21 gümüş, 18 bürünc (52) 
6. Böyük Britaniya - 13 qızıl, 17 gümüş, 13 bürünc (43) 
7. Almaniya - 8 qızıl, 8 gümüş, 14 bürünc (30) 
8. Fransa - 6 qızıl, 10 gümüş, 8 bürünc (24) 
9. Niderland - 6 qızıl, 7 gümüş, 7 bürünc (20) 
10. Cənubi Koreya - 6 qızıl, 4 gümüş, 9 bürünc (19)
---
75-77. Azərbaycan - 3 bürünc (3)
75-77. Qazaxıstan - 3 bürünc (3)
75-77. Meksika - 3 bürünc (3)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest