Onun sözlərinə görə, portuqaliyalı futbolçu Huqo Basto qrip olduğu üçün matçı buraxacaq. Abdullayev portuqaliyalı müdafiəçinin koronavirusa yoluxmadığını, hər iki testinin mənfi çıxdığını bildirib.

"Neftçi" Finlandiyanın HJK (Helsinki) komandasına qarşı UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu öncəsi daha bir itki ilə üzləşib. Matc.az xəbər verir ki, bu barədə "Report"a paytaxt klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
 
Onun sözlərinə görə, portuqaliyalı futbolçu Huqo Basto qrip olduğu üçün matçı buraxacaq. Abdullayev portuqaliyalı müdafiəçinin koronavirusa yoluxmadığını, hər iki testinin mənfi çıxdığını bildirib.
 
"Neftçi"nin heyətində Basto ilə yanaşı, Namik Ələskərov və Mert çelik də bu gün meydana çıxmayacaq.
 
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - HJK görüşü saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest