Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion "Olimpik"indən Jan Lukası transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Monako" Lukas üçün "Olimpik"ə 11 milyon avro ödəyəcək. Lion klubu futbolçunun sonrakı satışından 15 faizlik gəlir əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest