Şotlandiyanın "Seltik" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub qapıçı Co Hart və yarımmüdafiəçi Ceyms Makkartini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Tottenhem"dən transfer olunan Co Hartla 3 illik müqavilə imzalanıb. "Kristal Pelas"dan gələn Ceyms Makkarti isə 4 illik sözləşməyə imza atıb.
 
Co Hart ötən mövsümün əvvəlindən "Tottenhem"də çıxış edirdi. İngiltərə millisinin sabiq üzvü "Şrusberi Taun", "Mançester Siti", "Tranmere Rovers", "Blekpul", "Birmingem", "Torino", "Vest Hem", "Bernli" klublarının da forma geyinib. 34 yaşlı qapıçı "Mançester Siti"də 2006-2018-ci illər aralığında 348 matça çıxıb.
 
Ceyms Makkarti isə 2019-cu ildən "Kristal Pelas"da idi. 30 yaşlı futbolçu həm də İrlandiya yığmasında çıxış edir. Yarımmüdafiəçi əvvəllər "Everton", "Uiqan" və "Hamilton Akademikal" komandalarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest