Son iş yeri Braziliya B Seriyası təmsilçisi "Ponte Preta" olan Renato ilə yaxın zamanlarda müqavilə bağlanacağı gözlənilir.

"Qəbələ"nin yolunu gözlədiyi futbolçu Azərbaycana gəlib.  Bu barədə matc.az saytına komandanın meneceri Zaur Əzizov məlumat verib. O bildirib ki, braziliyalı müdafiəçi Ruan Renato artıq Bakıdadı. 
 
Son iş yeri Braziliya B Seriyası təmsilçisi "Ponte Preta" olan  Renato ilə yaxın zamanlarda müqavilə bağlanacağı gözlənilir. 
 
Əyalət təmsilçisi müqaviləsi başa çatan Rafael Utriqlə də danışıqları müsbət yekunlaşdırıb.
 
Belə ki, braziliyalı hücumçu növbəti mövsümdə də "qırmızı-qaralar"ın formasını geyinəcək. Onunla müqavilənin müddəti daha bir artırılacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest