"Hər gün tibbi müayinədən keçirdim. Bundan əlavə, idman psixoloqu ilə iki seansımız oldu, özümü nisbətən toparlaya bildim. Yekunda gimnastika tirində yarışmağıma icazə verdilər. Düzü, buna razılıq verəcəklərini düşünmürdüm".

Simon Baylz Tokio-2020-nin gedişatında başına gələnlər barədə açıqlamalar verib. Matc.az xəbər verir ki, amerikalı atlet yaxın günlərdə xalasının dünyasını dəyişdiyini bildirib: "İki gün əvvəl xalam gözlənilmədən dünyasını dəyişdi. Yay Olimpiya Oyunlarının gedişində belə bir şeyin baş verəcəyini təxmin etmirdim. İnternetdə idmançılar haqqında nəsə yazarkən daha diqqətli olmalısınız, çünki atletlərin nələr yaşadığı haqda heç bir fikriniz yoxdu".

Baylz gimnastika tiri üzərindəki hərəkətlər ərəfəsindəki hazırlıq prosesindən də danışıb:

"Hər gün tibbi müayinədən keçirdim. Bundan əlavə, idman psixoloqu ilə iki seansımız oldu, özümü nisbətən toparlaya bildim. Yekunda gimnastika tirində yarışmağıma icazə verdilər. Düzü, buna razılıq verəcəklərini düşünmürdüm".

24 yaşlı gimnast mental problemlərini əsas gətirərək, Tokio Yay Olimpiya Oyunlarında çoxnövçülük üzrə komanda yarışlarını yarımçıq dayandırmış, o cümlədən fərdi çoxnövçülük, müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma və xalça üzərindəki hərəkətlərdə finallardan imtina etmişdi.

Baylz yekunda gimnastika tirində yarışmaq qərarı vermiş və Rio-2016-da olduğu kimi, bu dəfə də həmin növdə bürünc medalla kifayətlənmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest