"Zirə" heyətə yeni futbolçu cəlb edib. Matc.az klubun saytına istinadən xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Georgi Stoilov bundan sonra təmsilçimizin formasını geyinəcək. Onunla 2+1 illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu "Akademiya Pandev" olub. O, daha əvvəl ölkəsində "Horizont Turnovo" klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest