Tokio-2020-də kişilərin 200 m məsafəyə qaçışında final mərhələsi keçirilib. Matc.az xəbər verir ki, məsafəni 19.62 saniyəyə tamamlayan Andre de Qrass (Kanada) Olimpiya çempionu olub. Beləliklə, o, son 25 il ərzində Kanadaya qaçışda qızıl medal qazandıran ilk atlet kimi tarixə düşüb. ABŞ idmançısı Kennet Bednarek (19.68) gümüş medalçı olub. Onun həmyerlisi Noa Layls (19.74) isə bürünclə kifayətlənib.
 
De Qrass Tokio-2020-də daha öncə 100 m məsafəyə qaçışda bürünc mükafata sahib çıxmışdı. 26 yaşlı atlet Rio-2016-da isə 200 m-də gümüş, 100 m və 4x100 m estafet yarışlarında isə bürünc medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest