Ukraynanı təmsil edən Marta Fedina və Anastasiya Savçuk cütü sinxron üzgüçülükdə Tokio Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıblar. Bu növdə qalib ROK (Rusiya Olimpiya Komitəsi) idmançıları - Svetlana Romaşina və Svetlana Kolesniçenko olublar.
 
Matc.az xəbər verir ki, mükafatlandırma mərasimi zaman maraqlı hadisə yaşanıb. Bürünc medalçılar - Fedina və Savçuk ROK idmançıları kimi təqdim olunublar. Bu zaman zalda çaşqınlıq yaranıb. Bir müddət sonra səhv düzəldilib və bürünc medala layiq görülən üzgüçülərin Ukraynanı təmsil etdikləri bildirilib.
 
Qeyd edək ki, WADA-nın sanksiyaları səbəbindən Rusiya idmançıları Tokio-2020-də ROK adı və bayrağı altında çıxış edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest