"çox maraqlı komandaya qarşı oynayacağıq". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi sabah Konfrans Liqasının III təsnifat mərhələsində Kiprdə AEL-lə qarşılaşacaq. Oyundan öncə təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki,  rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçuları var: "Rəqib gənc heyətə malikdi. Eyni zamanda, kollektiv oyuna üstünlük verirlər. Mənim üçün belə komandalara qarşı oynamaq həmişə maraqlı olub. Bu qarşılaşmada daha çox düşünmək, daha diqqətli olmaq lazımdı. Futbolçular məsuliyyətli olmalıdı.  Bu müddətdə rəqibi futbolçulara tanıtmışıq. İnanıram ki, futbolçular sabahkı oyuna hazırdırlar. çalışacağıq meydanda ən yaxşısı edək".

Qurbanov bildirib ki, yeni transferlər Riçard Almeyda və Gasparın AEL-ə qarşı oynamaq şansı var: "Onların sənədləri UEFA-ya göndərilib. Riçardın hazırlığı daha yaxşıdı, nəinki Gasparın. Onun cavab matçına hazırlaşmaq üçün 1 həftə vaxtı olacaq. Fiziki durumunu, hazırlığını məşqçilərlə müzakirə edəcəyik. Hansısa təhlükə olmasa, sabahkı qarşılaşmada az da olsa oynaya bilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest