Tokio Yay Olimpiya Oyunlarının 13-cü günündə - 5 avqustda iki idmançımız medallar uğrunda mübarizə aparacaq. Matc.az xəbər verir ki, karatenin kumite növündəki təmsilçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) Tokio-2020-də debüt edəcək. 28 yaşlı karateçi  A qrupunda mübarizə aparacaq. Onun görüşlərinin qrafiki belədi:

07:26. Firdovsi Fərzəliyev (Azərbaycan) - Eray Şamdan (Türkiyə)

08:08. Firdovsi Fərzəliyev (Azərbaycan) - Naoto Saqo (Yaponiya)

08:43. Firdovsi Fərzəliyev (Azərbaycan) - Darxan Asadilov (Qazaxıstan)

09:18. Firdovsi Fərzəliyev (Azərbaycan) - Əli El-Savi (Misir)

Qrupu ilk iki sırada bitirməyi bacaran idmançılar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 15:05-də start götürməlidi. Final görüşü isə saat 15:40-a təyin olunub.

Sərbəst güləşdə Turan Bayramov (74 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. 20 yaşlı güləşçimizin rəqibi Vasil Mixaylov (Ukrayna) olacaq. Görüşün startı Bakı vaxtı ilə saat 06:37-ə planlaşdırılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest