Rusiyanın "Rostov" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postu Yuri Syominə tapşırılıb.
 
74 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Syomin bu postda Rusiya millisinin "sükanı arxasına" keçən Valeri Karpini əvəzləyib.
 
Son klubu Moskva "Lokomotiv"i olan Syomin 2013/2014 mövsümündə "Qəbələ"yə başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest