Türkiyənin "Fənərbaxça" klubu iki futbolçusunu əsas komandadan kənarlaşdırıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər korpusu Caner Erkin və Sinan Gümüşdən imtina edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi Vitor Pereyranın qərarına əsasən, hər iki oyunçu məşqlərini əvəzedici komandada davam etdirəcək.
 
Futbolçuların gələcəyi ilə bağlı yaxın günlərdə yekun qərar veriləcək.
 
Qeyd edək ki, "Fənərbaxça" Avropa Liqasında "Neftçi"nin potensial rəqibidir. "Ağ-qaralar" 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK (Helsinki) klubunu keçə bilsə, pley-offda Türkiyə təmsilçisi ilə qarşılaşacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest