Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir. Matc.az xəbər verir ki, atletikada günün ilk seansında üç medal dəsti sahiblərini tapıb. Kişilərin nüvə itələmə yarışında maraqlı nəticə qeydə alınıb. Belə ki, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında olduğu kimi, ilk üç yerin sahibləri dəyişməyib. Rayan Kruzer (ABŞ) qızıl, Co Kovaç (ABŞ) gümüş, Tomas Uolş (Yeni Zelandiya) isə bürünc medalçı olub.
 
Tokio-2020
Yüngül atletika
Kişilər, üçtəkanla tullanma
 
1. Pedro Piçardo (Portuqaliya) - 17.98 m
2. çju Yamin (çin) - 17.57 m
3. Hyuz Zanqo (Burkina-Faso) - 17.47 m
 
Kişilər, nüvə itələmə
1. Rayan Kruzer (ABŞ) - 23.30 m (Olimpiya rekordu)
2. Co Kovaç (ABŞ) - 22.65 m
3. Tomas Uolş (Yeni Zelandiya) - 22.47 m
 
Kişilər, 110 m məsafəyə baryerlərlə qaçış
1. Hansl Parçment (Yamayka) - 13.04
2. Qrant Hollouey (ABŞ) - 13.09
3. Ronald Levi (Yamayka) - 13.10

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest