Tokio sakinləri Olimpiya Stadionunun qarşısında aksiya keçiriblər. Matc.az xəbər verir ki, onlar koronavirusa yoluxmanın kəskin artması səbəbindən Yay Olimpiya Oyunlarının dərhal dayandırılması tələbi ilə çıxış ediblər. Polis arenanın qarşısındakı ərazini mühasirəyə alıb. Aksiyada iştirak edənlərin sayı barədə dəqiq məlumat verilmir.
 
Son 24 saat ərzində Tokioda 5042 yeni yoluxma qeydə alınıb. Bu, rekord göstəricidi.
 
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest