Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir. Matc.az xəbər verir ki, kişilərin 400 m məsafəyə qaçışında medalçılar müəyyənləşib. Məsafəni 43.85 saniyəyə tamamlayan dünya çempionu Stiven Qardiner (Baham adaları) Olimpiadanın qızıl medalına sahib çıxıb. Kolumbiya təmsilçisi Antoni Sambrano (44.08) gümüş medalçı olub. Kirani Ceyms (Qrenada) isə bürünc medal qazanıb.
 
Tokio-2020
Yüngül atletika
400 m qaçış (kişilər)
 
1. Stiven Qardiner (Baham adaları) - 43.85
2. Antoni Sambrano (Kolumbiya) - 44.08
3. Kirani Ceyms (Qrenada) - 44.19
 
Qeyd edək ki, 400 m məsafəyə qaçışda Rio-2016-nın qalibi, dünya və Olimpiya rekordlarının sahibi Ueyd van Nikerk (CAR) Tokioda təsnifat mərhələsində mübarizəni dayandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest