Tokio-2020-də 13-cü gün geridə qalmaq üzrədi. Matc.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Medal sıralamasının lideri dəyişməyib. Aktivində 34 qızıl, 24 gümüş və 16 bürünc medal olan çin birincidi. ABŞ (29 qızıl, 35 gümüş, 27 bürünc) ikinci, Yaponiya (22 qızıl, 10 gümüş, 14 bürünc) isə üçüncü sırada qərarlaşıb. 
 
Aktivində 3 bürünc medal olan Azərbaycan sıralamada Misir və Meksika ilə birlikdə 77-79-cu yerləri bölüşür.
 
Qeyd edək ki, yunan-Roma güləşçimiz Rafiq Hüseynov, cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominqes Tokio-2020-də bürünc medal qazanıblar.
 
1. çin - 34 qızıl, 24 gümüş, 16 bürünc (74) 
2. ABŞ - 29 qızıl, 35 gümüş, 27 bürünc (91) 
3. Yaponiya - 22 qızıl, 10 gümüş, 14 bürünc (46) 
4. Avstraliya - 17 qızıl, 5 gümüş, 19 bürünc (41)
5. ROK (Rusiya Olimpiya Komitəsi) - 16 qızıl, 22 gümüş, 20 bürünc (58) 
6. Böyük Britaniya - 16 qızıl, 18 gümüş, 17 bürünc (51) 
7. Almaniya - 9 qızıl, 9 gümüş, 16 bürünc (34) 
8. Fransa - 7 qızıl, 11 gümüş, 9 bürünc (27)
9. İtaliya - 7 qızıl, 10 gümüş, 18 bürünc (35)
10. Niderland - 7 qızıl, 9 gümüş, 10 bürünc (26) 
---
77-79. Azərbaycan - 3 bürünc (3)
77-79. Misir - 3 bürünc (3)
77-79. Meksika - 3 bürünc (3)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest