"Real"ın qapıçısı Kiko Kasilya karyerasını İngiltərədə davam etdirəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı qolkiper "Lids"lə anlaşıb.

32 yaşlı qapıçı bu məqsədlə İngiltərəyə yollanıb. Kasilya ilk olaraq tibbi müayinədən keçəcək. "Kral klubu" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər olmasına baxmayaraq, dəri əlcək sahibi "Lids"ə azad agent kimi keçəcək. İngilislər ona görə qarşı tərəfə ödəniş etməyəcəklər.

Qeyd edək ki, Kiko Kasilya "Real"da Tibo Kurtua və Keylor Navasdan sonra üçüncü qapıçı idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest