Tokio Yay Olimpiya Oyunlarının 14-cü günündə - 6 avqustda beş idmançımız medallar uğrunda mübarizəyə qoşulacaq. Matc.az xəbər verir ki, bədii gimnastikada Zöhrə Ağamirova fərdi çöxnövçülüyün təsnifat mərhələsində yarışacaq. 19 yaşlı idmançı top, halqa, lent, son olaraq isə gürzlərlə hərəkətləri yerinə yetirəcək. Etapların Bakı vaxtı ilə start ardıcıllıqları belədi: 05:20, 06:50, 09:50, 11:20. Sonda ilk "onluğ"a düşməyi bacaran gimnastlar finala vəsiqə qazanacaqlar.

Kişi sərbəst güləşçilərimizdən Şərif Şərifov (97 kq) 1/8 finalda 86 kq-da Rio-2016-nın qalibi olmuş, 4 qat dünya və Avropa çempionu Abdulrəşid Sadulayev (Rusiya Olimpiya Komitəsi) ilə qarşılaşacaq. Görüşün startı Bakı vaxtı ilə saat 06:30-a təyin olunub. Eyni dəqiqələrdə (06:30) qadınlardan ibarət sərbəst güləş yığmamızın üzvü Mariya Stadnik (50 kq) də Tokio-2020-də debüt edəcəyi gözlənilir. 33 yaşlı güləşçinin 1/8 finaldakı rəqibi ROK (Rusiya Olimpiya Komitəsi) təmsilçisi Stalvira Orşuş olacaq. Hacı Əliyev (65 kq) isə 1/8 finalda Adama Diatta (Seneqal) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 07:05-ə təyin olunub.

Karatenin kumite növündəki təmsilçilərimizdən Rafael Ağayev (75 kq) də bu gün medallar uğrunda mübarizə aparacaq. 5 qat dünya, 11 qat Avropa çempionumuz B qrupunda yarışacaq. Ağayevin görüşlərinin qrafiki belədi:

B qrupu

12:21. Rafael Ağayev (Azərbaycan) - Noa Bitç (Almaniya)

13:10. Rafael Ağayev (Azərbaycan) - Tsuneari Yahiro (Avstraliya)

13:45. Rafael Ağayev (Azərbaycan) - Nurkanat Ajiqanov (Qazaxıstan)

14:13. Rafael Ağayev (Azərbaycan) - Luici Busa (İtaliya)

Qeyd edək ki, qrupu ilk iki sırada bitirməyi bacaran karateçilər yarımfinala vəsiqə qazanacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest