Qeyd edək ki, ötən gün Avstraliyanı 4:3 hesabı ilə məğlub edən ABŞ yığması Olimpiadanın bürünc mükafatına sahib çıxmışdı.

Tokio Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsinə yekun vurulub Matc.az xəbər verir ki, final görüşündə İsveç və Kanada milliləri qarşılaşıblar.
 
Görüşdə hesab 34-cü dəqiqədə açılıb. Stina Blakstenius İsveçi önə keçirib. İkinci hissənin ortalarında Kanada penalti qazanıb. Cessi Fleminq dəqiq olub və hesaba tarazlıq gətirib. Əsas vaxtda başqa qol olmayıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Belə olan halda, penaltilər seriyasına ehtiyac yaranıb. Seriyanın beşinci zərbələri ərəfəsində 1:2 hesabı ilə geridə olmalarına baxmayaraq, sonda sevinən tərəf Kanada olub. Ard-arda Karolin Seqer və Yonna Anderssonun zərbələri dəqiq olmayıb. Qarşı tərəfdə isə Dianna Rouz və Culiya Qrosso penaltiləri uğurlu şəkildə yerinə yetiriblər. Beləliklə, İsveçi penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edən Kanada millisi tarixində ilk dəfə Yay Olimpiya Oyunlarının qalibi olub.
 
Tokio-2020
Futbol (qadınlar), final
 
İsveç - Kanada - 1:1, penaltilər seriyası - 2:3
Qollar: Blakstenius (34) - Fleminq (67-penalti)
 
Qeyd edək ki, ötən gün Avstraliyanı 4:3 hesabı ilə məğlub edən ABŞ yığması Olimpiadanın bürünc mükafatına sahib çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest