"Bu nəticədən dərs çıxarmalı, səfərdə daha yaxşı oynayıb, pley-offa yüksəlməliyik"

Kiprin AEL komandasının hücumçusu Stefan Şçepoviç Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Fikrimcə, heç-heçəyə layiq deyildik. Yaxşı mübarizə apardıq. Sadəcə, son dəqiqələrdə qol buraxdıq. Bu qol bizi Bakıdakı cavab matçında da daha güclü etməlidir. Rəqibdən daha yaxşı oynadıq. İkinci hissənin əvvəlində sürəti artırdıq. Bu da sonda qolla nəticələndi. Mərhələni keçəcəyimizə inanırıq. Bunun üçün hər şeyi edəcəyik. Cavab görüşündə daha diqqətli və ehtiyatlı oynamalıyıq. Bu nəticədən dərs çıxarmalı, səfərdə daha yaxşı oynayıb, pley-offa yüksəlməliyik".
 
Qeyd edək ki, "Qarabağ" və AEL arasında cavab matçı avqustun 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest