İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "şəhərlilər" "Aston Villa"dan Cek Qrilişi transfer edib. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Qriliş "Mançester Siti"də 10 nömrəli formada çıxış edəcək. Britaniya mətbuatı sözügedən klubun bu transfer üçün 100 milyon funt-sterlinq ödəyəcəyini yazır. Bu isə Premyer Liqa tarixində bir futbolçu üçün ödənilən ən yüksək təzminatdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest