Fransanın "Lill" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Hamburq"dan Amadu Onananı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Lill" Onana üçün "Hamburq"a 7 milyon avro ödəyib. Seneqal əsilli belçikalı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.
 
Onana Belçikanın U-21 yığmasının kapitanıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest