Azərbaycan 13,875 xalla bir pillə geriləyərək 30-cu sıraya düşüb. Xalını 14,000-ə çatdıran Polşa 29-cu yerə yüksəlib. Slovakiya (13,625) reytinqdə 31-cidi.

Avrokuboklarda dünən keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki,  "Qarabağ"ın Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Kiprdə AEL-lə heç-heçə etməsi (1:1) Azərbaycanın aktivinə daha 0,125 xal qazandırıb. Ancaq bu, geriləməyimizə mane olmayıb.
 
Azərbaycan 13,875 xalla bir pillə geriləyərək 30-cu sıraya düşüb. Xalını 14,000-ə çatdıran Polşa 29-cu yerə yüksəlib. Slovakiya (13,625) reytinqdə 31-cidi.
 
Bu mövsüm ölkə təmsilçilərindən "Neftçi" 0,650 xal, "Qarabağ" 0,475 xal, "Sumqayıt" isə 0,125 xal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest