Futbol üzrə Serbiya yığmasının hücumçusu Deyan Yoveliç Almaniyanın "Ayntraxt" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
 
O, MLS təmsilçisi "Los Anceles Qalaksi" klubuna transfer olunub. Bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
 
Yoveliç 2019-cu ildən "Ayntraxt"da çıxış edirdi. Lakin Frankfurt klubunda cəmi 10 oyun keçirən futbolçu, "Anderlext" və "Volfsberger" kimi komandalarda icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest